• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1920
— 11.03.2020 11:16

Mübarək Rəqs qrupu

KepezTV Player

Bəşəriyyətin ən qədim dəyərlərindən olan Rəqs, məxsus olduğu xalqın xüsusiyyətlərini –  milli kimliyini, tarixizənginliyini və mədəniyyətini özündə əks etdirən əsas vasitədir. Azərbaycan xalqı da bu zəngin irsi ilə seçilən xalqlardandır. Bu günki süjetimizin qəhramanları olan Suleyman və Elrada da tarixi zənginliyimizi təbliğ edən şəxslərdir...

Bu gənclərdə rəqsə olan maraq uşaqlıqdan yaranıb. Müsahiblərim artıq 12 ildir ki, peşəkar və gözoxşayan rəqsləri ilə izləyiciləri heyran qoyur. Onlara mənəvi dinclik bəxş etməklə birlikdə, əhval-ruhiyyələrinin yüksəlməsinə də müsbət təsir göstərirlər. Onlar öz işlərini uğurla yerinə  yetirir və nailiyyətlərinin  davamlı olması üçün dəridən-qabıqdan çıxırlar.

Rəqs, insanı stresdən xilas edən ən yaхşı vasitələrdən hesab edilir. İnsan sözün əsl mənasında, rəqs etdiyi zaman başqa bir dünyaya düşür və unudulmaz anlar yaşayır. Bunu rəqsi dərk edənlər duyur. Elə bizim süjetin qəhramanları kimi...