• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 688
— 10.03.2020 16:30

Gəncə-Gürcüstan sərhədi yolu 4 zolağa genişləndirilir

KepezTV Player

Bakıdan Gürcüstan sərhədinədək 503 km məsafəni əhatə edən magistralın 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası davam etdirilir.Layihəyə əsasən yolun ümumi eni 27,5 metrdir. Hər birinin eni 3,75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-beton olacaq. Yol yatağının qalınlığı ümumilikdə 72.5, asfalt-beton örtüyü 3 lay olmaqla, qalınlığı 27 sm təşkil edəcək.Hazırda yol boyu yeni torpaq yatağının tikintisi, qaya dolğusu və dənəvər tərkibli əsasın tikintisi, həmçinin suöütürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri aparılır. Buna paralel olaraq qırmadaşlı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsinə işləri də görülür.Layihə çərçivəsində 27 yol qovşağı və ötürücüsü, 17 avtomobil körpüsü, 71 yeraltı keçid, 45 düzbucaqlı su keçidi, 539 suötürücü boru inşa edilir. Zəruri yerlərdə 85 avtobus dayanacağı quraşdırılacaq.