• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 715
— 07.03.2020 12:36

Gəncəli güləşçilər növbəti təlim-məşq toplanışında

KepezTV Player

Sərbəst güləş üzrə Azərbaycan yığması növbəti təlim-məşq toplanışı üçün Dağıstana yollanıb. Martın 14-dək Mahaçqalada hazırlıq prosesi keçəcək millimizin heyətində 7 çəkidə 13 pəhləvan qonşu ölkəyə gedib. Toplanışda iki gəncəli güləşçi də iştirak edəcək. Onlar yeniyetmələrin olimpiya oyunlarının qalibi 65 kq-da Turan Bayramov və London Olimiadasının qızıl mükafatçısı 74 kq çəkidə çıxış edən Toğrul Əsgərovdu. Hər iki idmançı komandamızın bundan öncəki Kislovodsk toplanışında da millinin tərkibində yer alıblar. Yerli komandayla birgə baş tutacaq hazırlıq prosesində əsasən taktiki-texniki çalışmalara üstünlük veriləcək. Məşqlər martın 19-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.