• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 877
— 07.03.2020 11:12

Göygöldə avtoxuliqanlıq edən şəxs saxlanılıb

KepezTV Player

Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edən sürücünü saxlayıb. İctimai-asayışı nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan şəxs bütün bunlar azmış kimi etdiyi xoşagəlməz əməlləri sosial şəbəkədə yaymaqdan belə çəkinməyib. Dırnaqarası qəhrəman və onun heçdə xoş olmayan əməllərini görmək istəyənlər ekranlara bir qədər də yaxın əyləşsin.

Görüntülər Göygöl rayonunda qeydə alınıb. VAZ 2107 ilə avtoxuliqanlıq etdiyi üçün saxla işarəsi verilən bu sürücü yol polisinə də tabe olmayaraq öz əməlini davam etdirib. Araşdırma həmin şəxsin Göygöl sakini 18 yaşlı Səfər Mürsəlov olduğunu üzə çıxarıb. Həmin şəxs idarə etdiyi avtomobillə birgə saxlanarılaraq Göygöl rayon polis şöbəsinə gətirilib.

Eldəniz Həsənov Göygöl Rayon DYP bölməsinin rəisi: Sürücü avtoxuliqnalıq etdiyi üçün saxla işarəsi verilib. Lakin sürücü saxla işarəsinə məhəl qoymayaraq hadisə yerindən yayınmışdı. Sonra mobil telefon vasitəsi ilə etdiyi avtoxuliqanlıq hərəkətlərini sosial şəbəkədə paylaşıb. Sonradan sürücü müəyən edilərək Dövlət Yol Polisi bölməsinə gətirilib.

Aparılan araşdırmalar zamanı o da müəyyən edilib ki Səfər Mürsəlovun sükan arxasında əyləşib avtomobil idarə etməsi üçün sürücülük hüququ belə yoxdur. Bölmə rəisinin sükan sahibi ilə apardığı profalktiki söhbətlərdən sonra Səfər Mürsəlov əməlinə görə peşman olduğunu və bir daha eyni əməli təkrarlamaycığını bildirib.

Səfər Mürsəlov avtoxuliqanlıq edən şəxs: Avtoxuliqnalıq etdim. Sənədlərim yoxdur. İstəmərək kimsə o hərəkətləri etsin. Elədiyim hərəkətlər səhvdir. Səhvimi başa düşürəm. Səhvimə görə də peşmanam.

Səfər Mürsəlovun barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Natiq Hüseyn