Düşmən snayperinin açdığı atəş nəticəsində şəhid olan sərhədçi əsgər Orxan Paşazadə Cəlilabadın Cəfərxanlı kəndində dəfn olunub. Dəfn mərasimində Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin əməkdaşları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib. Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimini kobud surətdə pozub. Düşmən snayperinin açdığı atəş nəticəsində Qazağın Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Orxan Paşazadə yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.
- Baxış: 328