• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 690
— 06.03.2020 19:46

Başqalarını tənqid etmək və özümüzü tənqid etməmək

KepezTV Player

Yəqin çox adam müşahidə edib ki, müasir insanlar tənqid etməyi xoşlayırlar. Bircə özümüzü tənqid etmirik. Axı özümüz tənqidə layiq deyilik? Olsa da elə-belə də - bir az. Görəsən bu həqiqətən belədirmi? Başqalarını tənqid etmək və özümüzü tənqid etməmək bizə nə verir?

Tənqid sözünün anlayışı – hərfi mənası digərlərinin işlərinə qarşı yürütdüyümüz fikirdir. Amma bu hamı tərəfindən belə qəbul edilmir. Nə yazıq ki indi nə tənqid edən, nə də tənqid olunan tərəf buna birmənalı yanaşmır.

Əgər başqalarının səni tənqid etməsini istəmirsənsə, onda özün-özünü tənqid etməyi bacar. Bu özünütənqidin əhəmiyyətinin ən gözəl izahıdır. Başqalarını tənqid etmək barədə isə belə bir gözəl fikir var: dərmanın dozası çox olduqda bu insana faydadan çox ziyan verdiyi kimi, tənqid də müəyyən həddə qədər faydalıdır. Kimi isə tənqid edərkən ehtiyatlı olmaq lazımdır ki, bu həddi aşmayasan. Çünki bundan sonra tənqid qərəzə çevrilir.