• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2165
— 06.03.2020 19:57

Ətir satışında tələbat hansı səviyyədədir?

KepezTV Player

Günümüzdə ətirdən istifadə demək olar ki, gÜndəlik tələbatın bir hissəsinə çevrilib. Gəncədə mağazaların təqdim etdiyi ətirlərə mövcud tələbat, çeşidləri və qiymətləri ilə tanış olmaq istəyənlər ekrana yaxın əyləşsinlər. Çünki əməkdaşımız Valeh Anaroğlunun ətir satışı ilə bağlı sujeti var.

Parfümeriya industriyası yerində dayanmır, hər gün inkişaf edir. Ətirlərin həvəsləndirmə qabiliyyəti olduğu kimi, depressiya yaratmaq, stresə salmaq qabiliyyəti də var. İlk seçimdə bəyəndiyiniz qoxu sonradan sizi bezdirə, yora və hətta ruhdan sala bilər. Buna görə ətir seçəndə az miqdarda olan ətirlərə üstünlük vermək lazımdır.

Rəşad Talıbov - alıcı: Eləsi var ki, su qatır. İstifadə etmək də olmur.Qiymətləri çox bahadır. Bəzi yerlərdə qramı 3 manata, 5 manata təklif olunur.

Jalə Əliyeva - alıcı: Mən özüm “Evedence”, “Avon” istifadə edirəm. Hansının iyi yaxşıdırsa ona görə istifadə edirik.Qiymətləri də belədir ki, 25-ə,30-a, 50-ə də var. Baxır cibinizə münasib olan qiymətə.

Sahib Muradov - alıcı: Normaldı, qiymətlər 50 qəpikdən, 2.50 azn-ə qədər dəyişir.Əsasən iyisinə və keyfiyyətinə baxmaq lazımdır.

Parfümeriyada fərqli ətir növləri üçün fərqli kateqoriyalar mövcuddur. Müştərilər də qramla ətir almağa üstünlük verirlər. Çünki qramla ətir almaq, ətir növünü istehlakçının seçməyinə imkan yaradır. Ətirlərin qiyməti çeşidinə, həcminə və keyfiyyətinə görə dəyişir.

Müşfiq Abdullayev - satıcı: Ətir seçərkən, ən çox diqqət edilməli məqam, ətirin qoxusunu hiss etməkdi.Ətirin qoxusunu yağ şəkildə bilmək olmur. Ancaq parfümlə qarışdırdıqdan sonra qoxunu duymaq olur. 40-50 qəpikdən başlayır. Qiymətin fərqinə səbəb olan əsas amil, müxtəlif ölkələrdən gəlməsidir.

Ümumilikdə insanların qalıcı iylərdən xoşandığının şahidi oluruq. Lakin, gün ərzində ətiri özümüzlə gəzdirib, mütəmadi olaraq istifadə etmək heç də düzgün bir hal deyil. Ətirlər insan haqqında məlumat daşıyıcılarıdır. Belə ki, sərt ətirlər, insanın ağırtəbiətli, ciddi, şirin ətirlər özünə qapalı, çiçək ətirləri romantik, ədviyyat qoxulu ətirlər kövrək olduğunu bildirir.