• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2145
— 06.03.2020 16:08

Gəncədə avtobuslar dizinfeksiya olunub

KepezTV Player

Gəncədə şəhərdaxili ictimai nəqliyyat vasitələri də dezinfeksiya edilib. Avtobusların salonları yuyulduqdan sonra dərmanlanıb. Salondakı oturacaqlar, tutacaqlar, qapı, pəncərə və sürücü əyləşən hissə xüsusi çiləyicilərlə dərmanlanıb. Həmçinin avtobusların saxlandığı qaraj, həyəti, xidməti otaqlar da dezinfeksiya edilib. 

Mobil Məhəmmədxanlı - sürücü: 2 nömrəli marşurutda işləyirəm. Sağ olsunlar gəldilər xəstəliyə qarşı dizinfeksiya elədilər, minnətdarıq.

Əli Qarayev - GEM-in şöbə müdiri: Artıq Şəmkir avtovağzalında, Yevlax avtovağzalında, Samux, Göygöl avtovağzallarında dizinfeksiya aparılıbdı. Bu başlanğıcdı və təkrar müəsisələrdə olacaq ki, keyfiyyəti daha yüksək olsun.