
“HTC” şirkəti “Wildfire R70” smartfonunu təqdim edib.
Yeni aparat “HD ” təsvir ölçülü və tərəflər nisbəti 19,5:9 olan 6,53 düym diaqonallı IPS ekrana malikdir. Qurğunun əsas kamerası üç sensordan ibarətdir: 16 mp-lik əsas makro çəkiliş və portret rejimi üçün 2 ədəd 2 meqapiksellik.
“Wildfire R70” smartfonu 16 nanometr texnologiya üzrə hazırlanan “MediaTek Helio P23” prosessoru, 2 QB əməli yaddaş və 32 QB-lıq daşıyıcı ilə təchiz edilib. Modelin akkumulyatorunun tutumu 4000 milliamper/saat təşkil edir, enerji doldurma üçün “micro-USB” portu istifadə olunur. Arxa qapaqda qurğunun blokdan çıxarılması üçün barmaq izləri skaneri yerləşdirilib. Cihaz “Android 9 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir.
- Baxış: 706