• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1943
— 05.03.2020 20:13

Dərman preparatlarını gizlədərək keçirməyə cəhd etdi

KepezTV Player

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz C 180" markalı avtomobil saxlanılıb.Daha sonra nəqliyyat vasitəsi rentgen aparatında yoxlamadan keçib. Yoxlama zamanı avtomobilin arxa oturacağının və yük yerindəki örtüklərinin arxasındakı boşluqlarda gömrük nəzarətindən gizlədilən müxtəlif adda 2830 ədəd həb, 590 ampul dərman preparatları, 90 ədəd isə dərman preparatları üçün boş qutu və plastik qablar aşkarlanıb.Faktla bağlı araşdırma aparılır.