KepezTV Player
İrandan Azərbaycana gələn daha üç şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, həmin şəxslərdən biri 32 yaşlı Almaniya vətəndaşı, digər iki nəfər isə 26 və 21 yaşlı, İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşlarıdır. Həmin şəxslər xüsusi rejimli xəstəxanaya yerləşdirilib.Hazırda pasiyentlərin vəziyyəti kafidir, hərarətləri normaldır, şikayətləri yoxdur.Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.İndiyə qədər koronavirusa yoluxmuş bütün şəxslərin səhhəti ciddi nəzarətdə saxlanılır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.
- Baxış: 301