Gəncəli pəhləvan gənc yaşlarından etibarən beynəlxalq arenalarda özündən söz etdirməyə başlayıb. Əsgərov artıq 18 yaşında böyüklər arasında keçirilən yarışlarda iştirak edərək dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionu adına yiyələnib. Böyük perspektiv vəd edən Toğrul 2012-ci ildə lisenziya əldə etməklə London Olimpiadasına vəsiqə qazanıb. Onun karyerasında ən parlaq nəticəsi də məhz Britaniyada olub. Güləşçi ada dövlətində təşkil edilən dördilliyin ən böyük yarışında qızıl medala sahib çıxıb. Amma Toğrulun şöhrətə gedən yolu güləşdən başlamayıb. O, kiçik yaşlarından müxtəlif idman növlərində gücünü sınayıb. Bununla belə son nəticədə özünü güləşdə tapıb.
Futbola və “Kəpəz” klubuna vurğunluğu ilə seçilən güləşçi əgər futbolçu olsaydın güləşdə qazandığın uğurların eynisinə imza ata bilərdinmi sualına belə cavab verib.
Toğrul Əsgərov gələcəklə bağlı planlarından da danışıb.
Karyerasını bitirdikdən sonra da güləşdən ayrı düşmək istəməyən pəhləvan doğma şəhərində və bölgələrdə güləş məktləbləri açmağı hədəfləyib.
Toğrul Əsgərov əldə etdiyi nailiyyətləri görə bir sıra mükafatlara layiq görülüb. O, 2012-ci ildə "Şöhrət" , 2015-ci ildə 1-ci dərəcəli "Vətənə xidmətə görə" , 2016-cı ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif edilib. Güləşçi həm də Gənclər və İdman Nazirliyi tərəfindən 2012 və 2015-ci illərdə "İlin ən yaxşıları" mükafatına yiyələnib.
- Baxış: 1170