KepezTV Player
Gəncədə 14 yaşlı oğlan bayram tonqalına düşərək yanıq xəsarətləri alıb. Hadisə şəhərin Şeyx Bahəddin küçəsində qeydə alınıb.<br>Əli Mehdiyev ocağı yandırarkən ehtiyatsızlıqdan yanıb. 14 yaşlı oğlan dərhal xəstəxanaya çatdırılıb. Ona üzünün və əlinin 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub, vəziyyətinin kafi olduğu bildirilir. Digər hadisə isə şəhərin Mikayıl Hüseynov küçəsində qeydə alınıb. 14 yaşlı Rəşad Abbasov tullanan zaman tonqala düşüb. xəstəxanaya çatdırılan yeniyetməyə sağ yuxarı ətrafın 1-ci və 2-ci dərəcəli yanıq diaqnozu qoyulub, vəziyyətinin orta ağır olduğu bildirilir.
- Baxış: 649