• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 705
— 03.03.2020 20:37

Gəncəli güləşçilər Kislovodskdan qayıdıblar

KepezTV Player

Sərbəst güləş üzrə Azərbaycan yığma komandası növbəti təlim-məşq toplanışını başa vurub. Güləşçilər  Rusiyanın Kislovodsk şəhərində 12 gün müddətində məşq keçiblər. Hazırlıq prosesində olimpiya çəkilərində yer alan 12 idmançı iştirak edib. Millimiz baş məşqçi əvəzi Zəlimxan Hüseynovun rəhbərliyi altında çalışıb. Təlimlərə Hacı Əliyev, Şərif Şərifov kimi aparıcı yığma üzvləri ilə yanaşı, gəncəli olimpiya çempionları – Toğrul Əsgərov və Turan Bayramov da qatılıb. Yeniyetmələrin olimpiya oyunlarının qalibi olan Bayramov 65 kq çəki dərəcəsində, London olimpiadasının qızıl mükafatçısı Əsgərov isə 74 kq-da yer alıb. Özbəkistan və Türkiyə komandalarının da iştirak etdiyi təlim-məşq toplanışının keçirilməsində əsas məqsəd fiziki hazırlığın yüksəldilməsi olub. Toplanış martın 19-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyıb.