• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1994
— 02.03.2020 15:43

Qəza ölümlə nəticələndi

KepezTV Player

Göygölün Yeni Qızılca kəndi ərazisində qəza qeydə alınıb. “QAZ-3110” və “VAZ-21012” markalı minik avtomobilləri toqquşub.  Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunublar. Göygöl rayon sakini 42 yaşlı Elşən Hüseynov dünyasını dəyişib. Yaralılar 40 yaşlı Elnarə Məmmədova, 39 yaşlı Elnur Şükürov və həmyaşıdı Nərmin Sultanova Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.