Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Qazax rayonunun Ağköynək kəndi ərazisində kanalın içərisində uzunluğu 35-40 santimetr, eni 65-70 santimetr olan tank gülləsinə bənzər sursatın tapılması barədə məlumat daxil olub.<br>Agentliyin mütəxəssisləri və Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağstafa su kanalına baxış keçirilib. Hərbi təyinatı olmayan metal əşya aşkar olunub. Əşya götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.<br>Metal əşyanın ətrafında 150 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.
- Baxış: 518