• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1075
— 02.03.2020 12:19

Şəmkirli məktəblilər Heydər Əliyevin həyat və fəaliyyəti ilə yaxından tanış olublar

KepezTV Player

Rayonun ən ucqar kəndlərindən olan Zəyəm-Cırdaxan kəndinin şagirdləri mərkəzdə Ulu Öndərin tarixə çevrilmiş görüşlərindən, beynəlxalq tədbirlərdəki çıxışlarından, eləcə də Şəmkir rayonuna unudulmaz səfərlərindən bəhs edən fotoşəkillərə baxıblar. Dahi şəxsiyyətin müxtəlif illərdə rəhbər vəzifələrdə çalışdığı zaman işlədiyi kabinetlər, şəxsi arxivindən götürülmüş eksponatlar şagirdlər tərəfindən maraqla izlənilib. Mərkəzlə tanlışlıq zamanaı məktəblilərə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iri layihələr, aparılan abadlıq və quruculuq işləri barədə də geniş məlumatlar verilib.

Lamiyyə Məmmədova - Zəyəm-Çırdaxan kənd tam orta məktəbinin direktor müavini: O uşaqları çox sevirdi. Uşaqlar bizim gələcəyimizdi deyirdi. Məhz bu dahi şəxsiyyətin yorulmaz fəaliyyəti nəticəsində elmimiz, təhsilimiz öz yüksək nəticəsini qazanıb. Ulu öndər müəllimə yüksək qiymət verərək mən dünyada müəllimdən yüksək ad tanımıram deyirdi.

Natiq Hüseyn