Dəmir Yolu Nəqliyyataında Polis İdarəsinin Gəncə stansiyasında Xətt Polis şöbəsinin əməkdaşları Tovuz rayonunda əməliyyat keçiriblər. Xeyli mqidarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Gəncə stansiyasında Xətt Polis şöbəsinin əməkdaşlarına Tovuz dəmir yolu stansiyasının ərazisində bir nəfər şəxsin üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Əməliyyat tədbirlərinə başlayan polisLƏR həmin şəxsin Tovuz sakini, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayan 59 yaşlı Rəhman Cəfərov olmasını müəyyən ediblər. Cəfərovun üzərinə baxış zamanı 455 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Natiq Əliyarov - baş müstəntiq: Gəncə stansiyasında Xətt polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən çəkidə narkotik vasitə onun üzərindən aşkarlanaraq götürülüb. Faktla bağlı tərəfimdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb və hal-hazırda istintaq davam etdirilir.
Sonuncu dəfə ötən ilin oktyabr ayında azadlığa çıxan Rəhman Cəfərov narkotik aludəçisi olduğunu etiraf edib. O, bir neçə dəfə eyni əmələ görə məhkumluq həyatı yaşasa da, köhnə peşəsini tərgidə bilmədiyini deyib.
Rəhman Cəfərov - saxlanılan şəxs: Tovuz rayonunun Cırdaxan kəndindən yığmışdım. Özüm bunun xəstəsiyəm. Aparırdım evə, dəmir yolunun kənarında iki polis məni saxladı. Üstümə baxış keçirdilər, şöbəyə apardılar.
Dördüncü dəfə məhkum olunacaq Rəhman Cəfərovun ətrafında araşdırmalar davam etdirilir.
Natiq Hüseyn
- Baxış: 936