• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1904
— 29.02.2020 12:33

Tələbələrin spartakidası start götürüb

KepezTV Player

Gəncədə ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan ənənəvi spartakiada start götürüb. Yarışın açılış mərasimi Gəncə Dövlət Universitetinin idman zalında keçirilib. Spartakiadada Nizami yurdunda fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin idmançı tələbələri iştirak edəcək. Mübarizələrdə idmanın 7 növü - voleybol, basketbol, mini-futbol, şahmat, dama, stolüstü tennis və atletika üzrə həm oğlan, həm də qızlardan ibarət kollektivlər qüvvəsini sınayacaq. Startakiada voleybol yarışları ilə başlayıb. Tələbələrin şəhər birinciliyinə may ayında yekun vurulacaq.