• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 815
— 28.02.2020 19:58

Qarabağ döyüşçüləri meydanda qarşılaşıb

KepezTV Player

Ölkəmizdə iki ilə yaxındır ki, Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyası fəaliyyət göstərir. Qurum müharibə nəticəsində əlil olmuş insanların cəmiyyətə inteqrasiyasını təmin etmək, onların asudə vaxtlarını səmərli keçirmək, futbolla məşğul olmalarına şərait yaratmaq məqsədilə yaradılıb. Federasiya Bakı və Sumqayıtla yanaşı, bölgələrdə də komandaların olmasını qarşıya vəzifə qoyub. Elə ötən ildən bu məqsədlə Gəncədə Qarabağ döyüşçülərindən ibarət iki kollektiv formalaşdırılıb. İlham Səmədovun rəhbərlik etdiyi bu komandalar tez-tez müxtəlif səviyyəli turnirlərdə iştirak edib, yoldaşlıq görüşləri keçirir. Bu planda Nizami yurdunda Xocalı faciəsinə həsr olunmuş oyun təşkil edilib. “Gəncə” futbolçularının rəqibi “Sumqayıt” olub. Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, Azərbaycan yığması bu il keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.