Lənkəranda oğurluq hadisəsi qeydə alınıb. Öz həmkəndlilərinin ərzaq mağazasını talayaraq oradan gizli yolla pulu oğurlayanlar polisin səyi nəticəsində isti izlərlə istintaqa cəlb olunublar.
2020-ci il fevralın 15-də Lənkəran rayonunun Şağlasel kənd sakini Amil Nuiriyev Lənkəran Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus kənddə yerləşən ərzaq mağazasından naməlum şəxslər tərəfindən 1560 manat pulun oğurlandığını bildirir. Daxil olmuş müraciət əsasında Polis Şöbəsinin İstintaq bölməsində cinayət məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanıb, əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunan şəxslər saxlanılaraq istintaqa təhvil verilib.
Mağazası qarət olunan Amil Nuriyevin həmkəndliləri Elvin tanışı Miryunisin planına əsasən gecə saatlarında ərzaq mağazasının dam örtüyünü sökməklə qanunsuz olaraq ticarət zalına daxil olub orada kassadan taladıqları pulu oğurlayaraq Bakı şəhərinə gedirlər.
Faktla bağlı Lənkəran şəhər rayon polis şöbəsində cinayət işinin istintaqı davam etdirilir.
- Baxış: 481