Bərdə rayonunun Zümürxan kəndində də qətl törədilib. Kənd sakini Tahirə İbadova yaşadığı evdə öldürülüb. Hadisə ilə bağlı Baş Prokurorluğun yaydığı məlumatda deyilir ki, 58 yaşlı İbadovanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. İlkin istintaqla 25 yaşlı Cavid Rəncbərinin həmkəndlisi Tahirə İbadovanı baş nahiyəsindən xəsarətlər yetirib boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Rəncbəri şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
- Baxış: 751