• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1886
— 28.02.2020 10:53

Ferrari Stallone - LaFerrari hiperkarının varisinə möhtəşəm baxış

Ferrari şirkəti öz planlarını gizli saxlamağı bacarır. Bu günə qədər məlum olanlar, italyan markasının Purosangue krossoverini, bir neçə hibrid sportkarı və hətta tamamilə elektriklə hərəkətə gələn modeli hazırladığıdır.

Əgər hiperkara diqqətlə baxsaq, bu konsepti LaFerrari hiperkarı ilə bağlayan bir sıra oxşar cəhətləri görə bilərik. İti formalı kapot və onun altında yerləşən iki iri havalandırma dəlikləri əfsanəvi hiperkarın pərəstişkarlarına tanış gələcək. Yan hava girişləri, xarakterik profil və unikal üfüqi elementlərə malik olan arxa fənərlər LaFerrari modelinin futurustik qövslərinə bənzəyir. Məlum məsələdir ki, bu hiperkar da hibriddir və onun möhtəşəm V12 mühərriki KERS sistemi ilə təchiz edilib.

Avtomobilin beş qollu təkər diskləri iti görünüşə malikdirlər, kuzovda isə karbondan geniş istifadə olunub – xüsusilə də, ön və arxa hissədə. Daha bir maraqlı element - buraxılış sisteminin ucluqlarının yerləşməsidir – onlar mühərrik bölümündən yuxarı çıxırlar. Bir sözlə, konsept Ferrari pərəstişkarlarını həyəcəlandıracaq görünüşə malikdir.