• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 675
— 28.02.2020 10:45

Su haqqında bilmədiklərimiz

KepezTV Player

Məlum məsələdir ki, insan orqanizminin yarı hissəsi sudan ibarətdir. Məhz buna görə də suya olan tələbatı ödəmək üçün, insan gün ərzində çoxlu miqdarda su içməlidir. Bəs hansı  sular ?

Mineral sular, insan bədəninin ehtiyac duyduğu mineralları ehtiva edən təbii sudur, odur ki, bu su insanın maye qəbulunda əsas yer tutur. Amma orqanizmində problemi olanlar  hətta bu təbii  suları  içərkən də həkimlə məsləhətləşsələr daha yaxşıdır. Suni şəkildə qazlaşdırılan  və minerallar əlavə olunan sular isə heç sağlam adamlara da məsləhət görülmür. Amma ən təhlükəlisi tərkibinə şəkər və ya şəkər əvəzləyicisi, aromatizator, müxtəlif konservantlar əlavə edilən sulardır. Bu cür içkilər insana zərərdən başqa heç nə vermir.

Aparılan araşdırmalar və əldə olunan nəticə isə ondan ibarətdir ki, energetik içkilərin insan orqanizminə yalnız ziyanı var. Yorğunluğu, stresi aradan qaldırmaq, gümrahlıq, fiziki güc əldə etmək məqsədilə qəbul edilən bu kimi içkilər insana ancaq mənfi fəsadlar gətirir.

Mütəxəssislər bu içkiləri təbii şirələrlə əvəz etməyi daha məqsədəuyğun sayırlar. Onlar həmçinin sağlam metabolizm üçün hər gün müəyyən miqdarda su içməyin vacibliyini də vurğulayırlar.

 Aynur Mehdiyeva