• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2238
— 27.02.2020 20:37

FHN Novruzda yarana biləcək yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət edib

KepezTV Player

Fövqəladə Hallar Nazirliyi Novruz bayramında yarana biləcək yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət edib.

"Bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır.

Tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır. Tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır. Tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər. Yandırılan şamlar nəzarətsiz qalmamalıdır”, - deyə müraciətdə qeyd olunub.