“Bir sıra abunəçilər qanunsuz olaraq elektrik ölçmə cihazlarına müdaxilə edirlər. Bu müdaxilələr əsasən maqnit və digər kənar vasitələrlə həyata keçirilir”. Bunu “Azərişıq” ASC-nin Enerji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli bildirib.Onun sözlərinə görə, belə hallar əsasən fərdi yaşayış evləri və müəssisələrdə qeydə alınır: “Bunu edən abunəçilərə qarşı Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə müvafiq tədbirlər görüləcək. Son 1 ildə quraşdırılan sayğaclarda antimaqnit funksiyası var. Amma digər sayğaclarda bu funksiya yoxdur. Hazırda reydlər keçirilir və tezliklə bu reydlərin nəticələri açıqlanacaq deyə“Azərişıq” rəsmisi bildirib. Son 5 ildə ölkədə 1,2 milyon yeni sayğac quraşdırılıb. Bundan sonra 1 milyona yaxın istismar müddəti keçmiş sayğacın dəyişdirilməsi işləri həyata keçiriləcək.
- Baxış: 391