• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1445
— 27.02.2020 17:47

Yolların kənarına 20 min ağac əkiləcək

KepezTV Player

Avtomobil Yolları Dövlət Agentliyinin 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC kollektivi yaz əkininə magistral yolun Göygöl rayonun ərazisindən keçən hissəsindən başlayıb. Ağac əkmə aksiyası zamanı nəzərdə tutulan yol kənarları əvvəlcə məişət tullantılarından təmizlənib, ərazidə çalalar qazılıb və daha sonra iqlim şəraitinə uyğun olan Eldar şamı, küknar, tuya, kiparis kimi həmişə yaşıl ağaclar əkilir.Əkin prosesi  bütün aqrotexniki qaydalara uyğun olaraq aparılır.

Ceyhun Ələsgərov aqranom:İxtisasım aqranomdu. Biz magistral yolların kənarlarına mütamadi olaraq ağac əkirik, onlara qulluq edib sulayırıq. Ötən il də əkdiyimiz ağaclar yaxşıd, inkişaf edir. Fevral ayından da ağac əkmə aksiyasına başlamışıq.

Yol kənarlarına əkilən bütün ağaclar idarənin tinglik təsərrüafatında becərilir. 2 ha ərazisi olan sahədə  hazırda 100 minə yaxın müxtəlif növ ting var ki, bunun da 20 mini əkinə yararlıdır.

Arif Əliyev bölmə rəisi:Özümüzün tinglik sahəmiz var. Toxumlar yığılaraq səpilir. Həmin toxumdan çıxan cücərtilər 6 ay keçdikdən sonra növbəti il üçün böyütmə məntəqələrinə köçürülür. Burada da 6 ay qulluq edildikdən sonra həmin bu ağaclar əkilir. Ağacların çıxardılması hadisəsi ilə də rastlaşmışıq həmçinin ərazidə heyvan da otarırlar. Çox xahiş edirik ki, əkilən ağaclara laqeyd yanaşmasınlar. Bu gələcək nəsil üçün görülən işdir.

Qərb bölgəsində 430 km Respublika əhəmiyyətli magistral avtomobil yollarına xidmət edən cəmiyyət tərəfindən payız mövsümündə 7 minə yaxın meyvə və digər növ ağaclar əkilib. Yaşıllıqları qorumaq üçün 5 su avtomobilindən, 11 artezian quyusundan istifadə edilir.