• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2585
— 27.02.2020 16:32

Heyvan mənşəli məhsulların istehsalı artırılacaq

KepezTV Player

Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək Respublika Süni Mayalanma Mərkəzinin əsas prioritetlərindəndir. Heyvandarlığın inkişafı istiqamətində görülən kompleks tədbirlər çərçivəsində heyvanların cins tərkibinin dəyişdirilməsi, yeni cinslərin yaradılması, ətlik və südlük cinslərin müəyyən edilməsi Respublika Süni Mayalanma Mərkəzi tərəfindən aparılır. Göygöl rayonunda fəaliyyət göstərən Mərkəz ölkədə qaramalın çoxaldılması üçün damazlıq materialına olan tələbatı tam qarşılamaq və yerli heyvan cinslərindən istifadə olunmaqla yetişdirilmiş cinslərin də genetik imkanlarından faydalanmağı qarşısına hədəf qoyub.

Ramiq Abbasov Respublika Süni Mayalanma Mərkəzinin direktoru: Ölkəmizdə mal-qaranın damazlıq cins tərkibinin dəyişdirilməsi, yeni cinslərin yaradılması, daha məshuldar cinslərin fermerlin, kənd zəhmətkeşlərinin ixtiyarına verilməsi üçün ölkəmizdə Süni Mayalanma Mərkəzi fəaliyyət göstərir.Bu gün mərkəzdə 6 cins üzrə 40 baş törədici buğa saxlanılır. Fermerləri maraqlandıran bütün cinslərdən, ətlik, südlük, aberdin, şarolin cinslərinin nümunələri bizim mərkəzimizdə var.Ölkədə kənd təsərrüfatının inkişafında aqrar sahədə mal-qaranın damazlıq cins tərkibinin dəyişdirilməsində Süni Mayalanma Mərkəzinin mühüm rolu olacaq.