• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1697
— 27.02.2020 16:30

Samuxda ilin yekunları müzakirə olunub

KepezTV Player

Samux rayonunda ötən il ümumi məhsul buarxılışının həcmi 159 milyon manat təşkil edib. İl ərzində dövlət tərəfindən 20 layihə üzrə 1,5 milyon manat güzəştli kredit verilib. Hesabat dövründə 592-si daimi olmaqla 1000 yeni iş yeri yaradılıb. Rayonda investisya qoyuluşunun əsasını aqrar sektor təşkil edib. Bu barədə rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev 2019-cu ilin yekunlarına həsr olunan hesabt iclasında məlumat verib. İl ərzində Alabaşlı qəsəbəsində uşaq bağçasında əsaslı təmir olunub, şəhər 2 saylı uşaq bağçasında isə işlər yekunlaşmaq üzrədir. Heydər Əliyev fondu tərəfindən Sərkar kəndində 800 şagird yerlik məktəb binasının, 100 yerlik körpələr evi uşaq bağçasının tikintisi davam etdirilir. Ziyadlı kəndində də  təhsil ocağının və tərbiyyə müəssisənin əsaslı təmiri aparılır. Prezident İlham Əliyevin sərəncamı ilə rayonda yeni xəstəxana kompleksi də inşa edilir. Hesabat dövründə yol təsərrüfatının yenidən qurulması işləri aparılıb, əhalinin qaz, işıq və su ilə təchizatında etibarlılıq təmin edilib. Rayonda təhsilin vəziyyəti, qəbul imtahanlarının nəticələri, müəllim və şagirdlərin dərsə davamiyyəti geniş müzakirə olunub. Yay mövsümündə əkin sahələrinin suvarılmasında çətinliklərin aradan qaldırılması üçün aidiyyatı struktur rəhbərlərinə konkret tapşırıqlar verilib.

Natiq Hüseyn