• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1652
— 27.02.2020 12:40

“Əmioğlu” ləqəbli cinayətkar saxlanıldı

KepezTV Player

Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində bir neçə ağır cinayət törədərək istintaqdan yayınan və barəsində axtarış elan edilən şəxs saxlanılıb. Əvvəllər dəfələrlə məhkum olunmuş “Əmioğlu” ləqəbli Eldar Cabbarov tutulub. Üzərindən 10,480 qram heroin və 3,478 qram tiryək aşkar olunaraq götürülüb. Müəyyən edilib ki, Cabbarov 2019-cu ilin sentyabrında Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində tanışı Eldəniz Səmədovun “Mersedes” markalı avtomobilini və yük yerində olan 4350 manat nağd pulu hədə-qorxu ilə tələb edərək ondan alıb. Onun fevralın 22-dən Sumqayıt şəhəri ərazisindən idarə etdiyi “Mersedes” markalı avtomobillə birgə itkin düşmüş Zaur Mircəfərovu odlu silahla qətlə yetirdiyi də müəyyən edilib.Faktlarla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Eldar Cabbarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.