Bu gün “Kəpəz”in əsas komandasının məşqindən öncə 26 fevral Xocalı faciəsi yad olunub. Komanda üzvləri soyqırım nəticəsində həlak olanların əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar. "Sarı-göylər"in baş məşqçisi Yaşar Vahabzadə faciə haqda danışarkən, 28 il öncə yaşanan hadisələrin erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş vəhşi cinayət kimi yadda qaldığını vurğulayıb. Qeyd edək ki, “Kəpəz” I Divizionda 17-ci turun oyunları çərçivəsində sabah doğma meydanda “Turan Tovuz” ilə qarşılaşacaq. Qərb derbisinin start fiti saat 14:00-da veriləcək. “Sarı-göylər”in heyətində itkilərin olmaması məşqçilər korpusunu sevindirməyə bilməz. Cəza səbəbindən ötən turu buraxan Elcan Rəhimov, Əli Səmədov və Elvin Dəmirov artıq sıraya dönüb.
- Baxış: 443