• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 880
— 26.02.2020 19:48

Səhiyyə Nazirliyi koronavirusdan qorunmağın yollarını açıqlayıb

KepezTV Player

Səhiyyə Nazirliyi koronavirusdan qorunmağın yollarını,  Ümumdünya Səhiyyə Təşkilatı isə tibbi maskalardan düzgün istifadə qaydalarını açıqlayıb.

Koronovirusdan qorunmaq üçün əlləri yeməkdən əvvəl və ictimai yerlərdə  gəzintidən sonra ilıq su və sabunla ən azı 20 saniyə ərzində yumaq lazımdır. Yaxınlıqda soyuqdəymə və qrip əlamətli insan gördükdə mümkün qədər uzaq durmağa çalışın. Özünüzdə soyuqdəymə, halsızlıq, yüksək hərarət halları aşkar etdikdə dərhal həkimə müraciət edin. İş masasının üstü hər gün  spirtlə dezinfeksiya edilməlidir. Qapı dəstəklərini, mətbəx mebellərini, stol, tualet, telefon, klaviatura və vanna otağını təmiz saxlayın. Heyvanlar da koronavirusun daşıyıcısı ola bilər. Ehtiyac yoxdursa, canlı və ya ölü heyvanlara toxunmayın. Heyvanlarla təmasdan sonra əllərinizi yumağı unutmayın. Ət məhsullarının yaxşı bişirilməsinə  diqqət edin.&nbsp;<br><br>(<span style="color:red">(TITLE: Qoruyucu maskalardan düzgün istifadə qaydaları açıqlandı)</span>)<br>Ümumdünya Səhiyyə Təşkilatı isə tibbi maskalardan düzgün istifadə qaydalarını açıqlayıb. Ağız və burun maska ilə tam bağlanılmalıdır. Maska taxarkən əmin olmaq lazımdır ki, üzlə maska arasında boşluq qalmayıb. Maskadan istifadə edərkən ona toxunmaq olmaz. Əgər maskaya toxunulacaqsa, onda əllər spirt məhlulu ilə təmizlənməli və ya sabun və su ilə yuyulmalıdır. Maska nəm olarkən onu yenisi ilə əvəz etmək lazımdır. Tək istifadəlik maskaları yenidən istifadə etmək olmaz. Maska taxmazdan əvvəl əllər spirt məhlulu ilə təmizlənməli, yaxud sabun və su ilə yuyulmalıdır. Maskalar üzdən ipləri tutaraq çıxarılmalıdır, maskanın ön hissəsinə toxunulmamalıdır. İstifadə edilmiş maska dərhal qapalı zibil qutusuna atılmalıdır.