Gəncədə bədbəxt hadisə olub. Şəhər sakini, 16 yaşlı Nisə Rüstəmova yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.
Şəhərdə daha bir yeniyetmə dəm qazından zəhərlənib. Məhsəti qəsəbə sakini, 13 yaşlı Sərxan Abbasov vanna otağında dəm qazından zəhərlənib. Dərhal xəstəxanaya çatdırılan yeniyetmənin vəziyyəti ağır qiymətləndirilir.
Qəbələ şəhər sakini, 15 yaşlı Aytəkin Yusifova yaşadığı evdə kustar üsulla quraşdırılan qızdırıcının içəri buraxdığı dəm qazından zəhərlənib.O, təcili olaraq Qəbələ rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.
Daha bir bədbəxt olay Ağcabədidə yaşanıb. Hadisə rayonun Sarcalı kəndində qeydə alınıb. Ağdam rayon sakini Amil İsmayılov subartezian quyusunu işə salmaq istəyərkən transformatorda qısaqapanma yaranıb və ani partlayış olub. Nəticədə A. İsmayılov yanıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
- Baxış: 912