KepezTV Player
Zaqatala Rayon Polis və Prokurorluq əməkdaşlarının birgə keçirdikləri istintaq əməliyyat-axtarış tədbirləri nəticəsində 9 il əvvəl qətl törədən şəxs saxlanılıb.<br>2011-ci ildə Zaqatala şəhər sakini S. Eyyubovanı yaşadığı evdə bıçaqla qətlə yetirərək hadisə yerindən yayınan şəxsin Gəncə şəhər sakini Polad İsmayılov olduğu müəyyən edilib.<br>O, şübhəli şəxs qismində saxlanılıb və törətdiyi cinayət əməlini etiraf edib.<br>Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
- Baxış: 419