KepezTV Player
Masallının Təzəkənd kəndində güllələnmə hadisəsi baş verib.
Kənd sakini, 32 yaşlı Sarvan Ağayev həyat yoldaşı - 21 yaşlı Alimə Nəbiyevaya, qaynı - 25 yaşlı Miralim Nəbiyevə və qayınanası - 43 yaşlı Zemfira Nəbiyevaya odlu silahdan atəş açıb, sonra isə özünü güllələyib.<br>Nəticədə S. Ağayevin həyat yoldaşı və qaynı hadisə yerində ölüb, özü və qayınanası isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə ailə münaqişəsi zəminində baş verib. Polis və prokurorluq əməkdaşları tərəfindən daxil olan məlumat əsasında hadisə yerinə baxış keçirilib və müvafiq araşdırmalara başlanıb.<br>Faktla bağlı Masallı rayon Prokurorluğunda cinayət işi başlanıb, təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
- Baxış: 392