• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1810
— 26.02.2020 18:59

Bölgələrdə Xocalı faciəsinin 28-ci ildönümü silsilə tədbirlərlə anılıb

KepezTV Player

Bölgələrdə Xocalı faciəsinin 28-ci ildönümü silsilə tədbirlərlə anılıb. Soyqırımı qurbanlarının əziz xatiərsi yad edilib. “Xocalıya ədalət!” kompaniaysı çərçivəsində faciənin dünya içtimayyətinə çatdırılması istiqamətində görülən işlərdən danışıblar.

Naftalan şəhər ictimaiyyəti 28 il öncə Xocalıda insanlıq əlehinə düşünülmüş şəkildə reallaşıdıran qırğında öldürülən soydaşlarmızın xatirəsini anıb. Şəhidlərin “Xatirə kompleksi” ziyarət edilib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi yad edilib. Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olan Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyi, soyqırımın Azərbaycan xalqına qarşı həyata keçirilən vandalizm aktı kimi kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyətlərdən söz açılıb. Bu istiqamətdə 12 il bundan əvvəl Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət" beynəlxalq kampaniyasının əhəmiyyətinə toxunulub. Tədbirdə Ermənistanın işğalçı siyasəti pislənilib, xalqımızı qarşı davamlı olaraq deportasiya, soyqırımı və terror aktları törətdiklərinə diqqət çəkilib.

Şəmkirdə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədər olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hazırlanan və Xocalı qətliamının qurbanlarına ithaf olunan, bir çox beynəlxalq mükafatlara layiq görülmüş “Sonsuz dəhliz” sənədli filmi nümayiş etdirilib. Rayon ictimaiyyəti tərəfindən izlənilən filmdə 1992-ci ilin fevralında Xocalıda baş verən qətliamın ertəsi gün hadisə yerində olan jurnalistin xatirələri yer alıb. Riçard Lapaitis o vaxtdan bəri unuda bilmədiyi faciəsini uzun illər sonra hərbi müxbir kimi ictimaiyyətə çatdırır. Xocalıdan canını sağ qurtaranlar, yaxınlarını itirənlərin ürək dağlayan hekayələri ekran əsərində əks etdirilir.

Faciənin ildönümü ilə əlaqədar Samux sakinləri Heydər Əliyev  prospekti boyunca “Xocalıya Ədalət” şüarı ilə yürüş ediblər. Yeni Azərbaycan Partiyasının rayon Təşkilatının qarşısında məktəblilərin soyqırımla bağlı əl işlərinin nümayişi olub. Xocalı faciəsinin dəhşətlərindən danışılıb, soyqırımı zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyi, əsir götürülən insanların işgəncələrə və təhqirlərə məruz qaldıqları diqqətə çatdırılıb. Xocalıda baş verənlərin dünya ictimaiyyətinə çatdırılması, bu faciəyə beynəlxalq miqyasda siyasi-hüquqi qiymətin verilməsi istiqamətində dövlətin məqsədyönlü siyasətinin nəticələr verdiyi vurğulanıb. Əminlik ifadə olunub ki, işğal altındakı torpaqlar təcavüzkarlardan azad ediləcək. Anım tədbiri Xocalı soyqırımının dəhşətlərini əks etdirən filmin nümayişi ilə yekunlaşıb.

Goranboy sakinləri də Xocalı abidəsinin qarşısına toplaşaraq o qanlı gecənin qurbanlarına ehtiramlarını nümayiş etdiriblər. Rayonun Qızılhacılı kəndində yenidən restvarasiya olunan şəhidlər abidə kompelksinin önündə davam edən tədbirdə Xocalı qırğının dəhşətli nəticələrindən söz açılıb. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis Xocalı soyqırımı haqqında qərar qəbul etdiyi, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bir sıra ölkələrin baş verənləri soyqırımı kimi tanıdıqları vurğulanıb. Belə ağır hərbi cinayətə beynəlxalq miqyasda hələ də hüquqi qiymətin verilməməsi təssüf hissi ilə qeyd edilib.

Xocalı soyqırımının 28-ci il dönümü ilə əlaqədar Kəlbəcər ictimayyətinin nümayəndələri “Kəlbəcər şəhidlərinin abidə kompleksi” önünə yürüş ediblər. Burada şəhidlərin ruhuna dualar oxunduqdan sonra öz dəhşəti ilə bəşəriyyətə yönələn bu faciənin tarixin yaddaşına əbədi olaraq həkk olunmasından danışılıb. Xocalıda törədilənlər Azərbaycan xalqına qarşı edilən xəyanətin ən ifrat nöqtəsi olub və bu soyqırımı insanlığa qarşı rəhmsiz verilən ölüm hökmü kimi dəyərləndirilib. Faciə zaman keçdikcə dərin bir yara kimi Azərbaycan xalqının qəlbində qövr edəcək və heç zaman yaddan çıxmayacaq. Törədilən soyqırımın təbliği və dünya ictimayyətinə çatdırılmasının davamlı hal aldığı vurğulanıb.

Göygöldə reallaşan anım tədbirində də soyqırımın başvermə səbəbləri, dəhşətli nəticələri barədə ətraflı məlumat verilib. 28 il əvvəl fevralın 25-dən 26-na keçən gecə qadınların, uşaqların, qocaların amansızcasına qətlə yetirilməsi bəşəriyyət tarixində ağır cinayət kimi dəyərləndirilib. Xocalı barədə həqiqətlərin dünya miqyasında tanıdılması məqsədilə böyük iş aparıldığı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüs ilə başladılan kampaniya, diaspor təşkilatlarının bu istiqamətdə fəaliyyətinə toxunulub. Sonda rayon mədəniyyət evinin kollektivinin ifasında kompozisiyalar, Xocalı faciəsi haqqında videoçarx nümayiş etdirilib, faciə qurbanlarının xatirəsinə həsr olunan film göstərilib.

Natiq Hüseyn