Gəncədə “Şən startlar” adı altında idman yarışı keçirilib. Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunan kompleks idman tədbiri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə reallaşıb. Mübarizələrdə Nizami yurdunun əksər ümumtəhsil məktəblərinin şagirdlərindən təşkil olunan 3 komanda iştirak edib. Kollektivlərin heyətində xüsusi qayğıya ehtiyacı olan məktəblilər də yer alıb. İştirakçılar Azərbaycan bayrağının rənglərini əks etdirən və üzərində Gəncə şəhidlərinin şəkilləri olan formalarda çıxış ediblər. “Mübariz”, “Gəncə Batalyonu” və “Xocalı” komandalarına bölünən şagirdlər 8 mərhələdə müxtəlif idman növləri üzrə estafet yarışlarında qüvvələrini sınayıblar. Sonda tədbirə qatılan məktəblilər həvəsləndirici hədiyyələr və fəxri fərmanlarla mükafatlandırılıblar.
- Baxış: 921