• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 668
— 26.02.2020 11:03

“Sony Xperia 1 II” smartfonu nümayiş olunub

Yaponiyanın “Sony” şirkətiötənilki “Xperia 1” modelinin təkmilləşdirilmiş versiyası olan qabaqcıl “Xperia 1 II” smartfonunu nümayiş etdirib. Qurğunun rəsmi təqdimatı “Mobile World Congress 2020” sərgisində nəzərdə tutulsa da, tədbir koronavirusa görə ləğv edilib. Bu səbəbdən şirkət tərəfindən ayrıca tədbir təşkil olunub. Avropa bazarında yeni “Sony” qurğusu şirkətin beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ilk smartfonu olacaq. Əvvəlki “Xperia 1” modelindən fərqli olaraq yeni “Xperia 1 II” simsiz enerji doldurma və qulaqcıq üçün 3,5 millimetrlik standart çıxışla təchiz ediləcək. Digər istehsalçılar smartfonlarda fotomodulları əsasən meqapiksellərin sayını artırmaqla yaxşılaşdırdığı halda qabaqcıl “Sony” qurğusunda innovative texnologiyalar, məsələn, saniyədə 20 kadr seriyalı çəkiliş funksiyası tətbiq edilib. Əsas fotomodulun 1/1.7 düymlük “Exmor RS” matrisası “Zeiss” obyektivi ilə birlikdə işləyir. “Cinematography Pro” texnologiyası çəkiliş quraşdırmalarını səhnə şəraitinə uyğun operativ dəyişməyə imkan verir. Bunun sayəsində ən dinamik süjetlərin çəkilişi asanlaşır.