• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1026
— 25.02.2020 16:45

Şəkidə ölümlə nəticələnən ağır yol qəzası baş verib

KepezTV Player

Hadisə Köbər Zəyzid kəndi ərazisində qeydə alınıb. Şəki sakini 37 yaşlı Ramin Qocayevin idarə etdiyi "VAZ 21011" markalı avtomobil 54 yaşlı Eldar Valibəyovun sürdüyü "VAZ 2106" ilə toqquşub. Nəticədə "VAZ 21011"-də olan sərnişin Şahid Rüstəmov hadisə yerindəcə dünyasını dəyişib. Sürücü Ramin Qocayev və Şahid Rüstəmovun həyat yoldaşı 33 yaşlı Solmaz Rüstəmova, uşaqları 5 yaşlı Aliyə və 2 yaşlı Elgün, eləcə də digər avtomobilin sürücüsü xəsarət alıblar. Yaralılar Şəki RMX-yə çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib. Aparılan müayinələr nəticəsində Solmaz Rüstəmovaya sol baldırın sınığı, Aliyə Rüstəmovaya qapalı kəllə beyin travması, Elgün Rüstəmova sol bud sümüyünün sınığı, açıq kəllə beyin travması, beyin əziyi, Eldar Vəlibəyova isə sol qulaq seyvanın kəsilmiş deşilmiş yarası və komatoz vəziyyəti diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.