• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1026
— 25.02.2020 16:30

Gəncədə qadına qarşı soyğunçuluq edilib

KepezTV Player

Ağdam sakini 26 yaşlı Əyyub Razimço və Bərdə sakini 23 yaşlı Surxay Həsənov Gəncə şəhər sakini Elnarə Əhmədovaya qarşı soyğunçuluq etməkdə şübhəli bilinirlər. Həmin şəxslər qadını izləyəərk yaşadığı binanın qarşısında zor tətbiq etməklə boyun bağını ələ keçiriblər. Bir müddət qonşu binada gizlənən soyğunçular daha sonra yaşadıqları rayona gedsələr də məsuliyyətdən qaça bilməyiblər.

Şahin Musayev Kəpəz Rayon Polis İdarəsinin şöbə rəisi:Gəncə şəhər Baş Polis İdarəsi Kəpəz rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində 19 fevral 2020-ci il tarixdə Əhmədova Elnarə Xəlil qızına qarşı soyğunçuluq cinayəti etmiş şəxslərin 1994-cü il təvəllüdlü Ağdam sakini əvvəllər məhkum olunmuş Razimço Əyyub və 1997-ci il təvəllüdlü Bərdə sakini Surxay Həsənov olması müəyən edilib. Hər iki şəxs saxlanaraq istintaqa təqdim olunub.

Artıq soyğunçuluq yolu ilə ələ edilən boyun bağı tapılaraq maddi sübut kimi tanınıb. Saxlanılan Əyyub Razimçonun sözlərinə görə, həmin boyun bağını Bərdə şəhərində cinayət ortağının qohumuna 2300 manata satıblar.

Əyyub Razimço saxlanılan şəxs:Qadın bloka girəndə məndə dalınca girdim. Girdim sepi qırıb qaçanda qadın sepin bir qırağından tutdu. Çəkdim əlindən çıxdı. Qaçdım binanın camaatı dalımla düşdü. 7-8 nəfər olardılar. Surxay əli ilə işarə etdi bu tərəfə gəl.

Surxay Həsənov saxlanılan şəxs:2330 manata satdıq. Mənə 300 manat öz borcumu verdi. Sonradan yemək yedik. Narkotik aldıq. Mingəçevirə gedib gəldik.

Hazırda hər iki şəxsin barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır.