• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2074
— 25.02.2020 12:40

Müzəffər Qasımov - 79!

KepezTV Player

Klubun icraçı direktoru İlqar Nadiri Müzəffər Qasımovun Gəncə futboluna bağlı olan şəxs kimi Kirovabad “Dinamo”sunun əldə etdiyi uğurlarda pay sahibi, uzun illər komandanın kapitanı olduğunu vurğulayıb. Qasımovun futbolçu karyerasını başa vurduqdan sonra doğma klubunda baş məşqçi, komandanın rəisi kimi vəzifələrdə işlədiyini xatırladan Nadiri hazırda Müşahidə Şurasında çalışdığını bildirib. Klub rəhbəri çıxışının sonunda komanda adından Müzəffər Qasımova hədiyyə verib.

“Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə də təbriklərə qoşularaq Müzəffər müəllimin ölkə futbolunun inkişafı istiqamətində fəaliyyətinə, töhvələrinə görə dəfələrlə mükafatlandırıldığını deyib. Onun bu gün də yeniyetmə və gənclərə nümunə olduğunu qeyd edib. Sabiq yarımmüdafiəçi təbriklərə görə minnətdarlığını bildirərək  80 illik yubileyini “Kəpəz”lə Premyer Liqada keçirməyi arzuladığını sözlərinə əlavə edib.

Daha sonra “Kəpəz”in Müşahidə Şurasının ən qocaman üzvü komandanın ən gənc futbolçusu olan Ümid Səmədovla birgə tortu kəsib.