• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1394
— 25.02.2020 12:37

Tovuzda top mərmisi aşkar olunub

KepezTV Player

Tovuz rayonunun Bozalqanlı kəndi ərazisində mərmi tapılıb.Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə daxil olan məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib və baxış keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (BM-11) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.Top mərmisinin ətrafında 100 kv.m əraziyə yerüstü, 25 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.