• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2010
— 24.02.2020 19:07

Obyektlərin tikintisi və istismarına icazələrin alınması elektron formada reallaşdırılacaq

KepezTV Player

Bundan sonra bütün növ obyektlərin tikintisi və istismarına icazələrin alınması elektron formada reallaşdırılacaq. Yeni elektron sistemin istifadə qaydaları izah edilib.

Tikintiyə və istismara icazələrin verilməsini təmin edən “Bir pəncərə” sistemi obyektlərin tikintisi və istismarı üçün icazələrin alınmasını asanlaşdıracaq. Bu il əzində portal vasitəsilə bütün növ obyektlərin tikintisinə də icazələrin alınması mümkün olacaq. Sistemdə qeydiyyatdan keçən region istifadəçiləri üçün may ayına qədər obyektlərin tikintisinə icazələrin alınması ödənişsizdir. Bakı şəhəri üzrə isə ödənişlər tətbiq olunur.

Yevlaxda təşkil edilən təlimdə bildirildi ki, tikinti sifarişçiləri portalda qeydiyyatdan keçməklə tələb olunan sənədləri yükləməlidirlər. Həmin müraciətlərə 20 iş günü müddətində baxılacaq. Sənədlərdə çatışmazlıq yaranarsa tikintiyə icazə verilmir və ya məlumatların dəqiqləşdirilməsi üçün tikinti sifarişçilərinə geri qaytarılır. Səhvlik olmadıqda isə tikintiyə icazə verilir. Tərəflər arasındakı müqavilə də elektron formada imzalanır. Qeyd edək ki, ekpertiza keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikinti obyektləri və anbar binalarının tikintisinə 15 iş günü, istismarına icazəni isə 10 gün müddətinə əldə etmək mümkündür.