Kişi basketbolçuların Azərbaycan çempionatında 18-ci turun oyunları reallaşıb. Super Liqada iki bölgə komandasından biri olan “Gəncə” tur çərçivəsində "Sıçrayış"ı sınağa çəkib. Oyun Gəncə basketbol sevərlərinin arzuladığı kimi alınıb. Son turlar ardıcıl qələbələrlə uğulu qrafik yaxalayan əməkdar məşqçi Rizvan Səfərovun yetirmələri yenə qalib gəlib. Nizami yurdunun komandasının ikinci periodda əldə etdiyi 13 xallıq üstünlük yekunda oyunu qələbə ilə başa çatdırmağa imkan verib - 87:77. Görüşün qəhrəmanı Yevgeniy Suxanika olub. Belaruslu legioner 28 xal toplayıb. Xatıladaq ki, bundan əvvəlki turlarda “sarı-göylər” “Sərkərdə” və “Xırdalan”a məğlubiyyət yaşadıb. 3 qələbədən sonra Səfərovun komandası turnir cədvəlində ötən tur qalxdığı 3-cü pillədəki mövqeyini möhkəmləndirib. “Gəncə”nin hesabında 28 xal var.
- Baxış: 853