• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1723
— 24.02.2020 19:06

“Bülletenləri korlayan məntəqə seçki komissiyaları cəzalandırılmalıdır”

KepezTV Player

Mərkəzi Seçki Komissiyasınınbugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 108 saylı Ağstafa seçki dairəsi ilə bağlı müraciətə baxılıb. Həmin dairədən deputatlığa namizəd Başxanım Abbasova MSK-ya müraciət edərək dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib. Müraciət komissiya tərəfindən araşdırılıb və həmin dairə üzrə yalnız 26 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. MSK üzvü Validə Kazımova həmin məntəqədə səsvermənin nəticəsinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul olunub.*** MSK sədri Məzahir Pənahov 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsinin 14 saylı seçki məntəqəsində 35 bülletenin korlanmasına münasibət bildirib. Deyib ki, 35 bülletenin korlanması məntəqədə seçkinin nəticələrinə təsir etməsə də, məntəqə seçki komissiyaları bütün hallarda məsuliyyətli olmalıdır. Ona görə də bülletenləri korlayan məntəqə seçki komissiyaları cəzalandırılmalıdır.