• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1541
— 24.02.2020 12:03

İki yeniyetmə oğurluğa cəhd etdi

KepezTV Player

Quba rayon sakini İskəndər Hacıyev polisə müraciət edərək, naməlum şəxs və ya şəxslərin Qələdüz kəndində ona məxsus bağ evinə oğurluq məqsədilə girdikləri barədə məlumat verib. RPŞ əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində naməlum şəxslərin evə qanunsuz daxil olduqları, lakin heç bir əşya və ya pulun oğurlanmadığı müəyyən edilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlinin rayonun Dağlı kənd sakini olan iki yeniyetmə tərəfindən törədildiyi məlum olub. Onlar saxlanılaraq polis şöbəsinə gətiriliblər. Dindirilmə zamanı evə oğurluq niyyəti ilə girdiklərini, tutduqları əməldən peşman olduqlarını deyiblər. Faktla əlaqədar Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.