• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2020
— 24.02.2020 12:00

Gəncədən qaçırılan avtomobil Mingəçevirdə tapıldı

KepezTV Player

Gəncədən  qaçırılan avtomobil Mingəçevirdə tapılıb. Fevralın 20-də gecə saatlarında şəhərin Gülüstan qəsəbəsi ərazisindən,  şəhər sakini Turan Haciyevə məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə Nizami rayon Polis İdarəsinə  müraciət daxil olub. Dərhal keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Mingəçevir sakini, əvvəllər məhkum olunmuş, 32 yaşlı Məhəmməd Abbasov olduğu müəyyən edilib. Abbasov şübhəli  şəxs qismində tutulub. İlkin dindirilmə zamanı Məhəmməd Abbasov nəqliyyat vasitəsini qaçırdığını və özü ilə gətirdiyi saxta dövlət qeydiyyat nişanını avtomobilə bağlayaraq Mingəçevir şəhərinə apardığını deyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.