• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1132
— 24.02.2020 12:13

İranla sərhəd bağlanıbmı?

KepezTV Player

Çində aşkar edilən və qonşu İranda da yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində cənub sərhədlərimizdə yerləşən Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır, buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, sərhəd keçid məntəqələri bağlanmayıb və dezinfeksiya səbəbindən 1 saatlıq məhdudiyyət tətbiq olunub. Proses fevralın 22-dən başlayaraq gündə bir dəfə həyata keçirilir. Hazırda hər iki məntəqədən gediş-gəliş təmin olunur. Lakin ölkə vətəndaşlarına zərurət yaranmadıqca İrana səyahət etmək tövsiyə olunmur.