• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1948
— 22.02.2020 16:35

Müasir bərbərliyin inkişafı

KepezTV Player

Bərbər qədim və hörmətli peşədir. Xarici görünüşünə qayğı bütün dövrlərin insanları üçün təbii olub, lakin bərbərlərə yalnız bu səbəbə görə ehtiyac duyulmur.

Qalib İsgəndərov bərbər: Qiymətlər indiki dövrə görə çox yaxşıdır.Digər ölkələrdə, habelə Bakı şəhərində saç düzümünə verilən dəyər daha çoxdur.Gəncə şəhərində minimum qiymət 3-4 manat, maksimum isə 50 manat və daha artıqdır.

Ramil Kərimov bərbər: Maskalardan ən çox üz dərisinin yağlılığını aparmaq üçün istifadə edirik.Üzdəki ləkə və qaraltılara qarşı da maskalar istifadə olunur.Maskaların növləri çoxdur. Yaxşı olar ki, ay ərzində 1-2 dəfə maskalardan istifadə etsinlər.

Pərviz Axundov bərbər: Hal-hazırda ən çox italyan,samuray saç stilinə üstünlük verir gənclər.Əvvəllər naxış, saçda bəzək kimi şeylər yox idi.Hətta valideynlər də indi uşağını saç kəsiminə gətirəndə, bildirir ki, naxış qoyun, 3D şəkillər çəkin.

Avropada qədimlərdə bərbərlərə təkcə saç kəsdirmək, saç burdurmaq və tərraş üçün müraciət etmirdilər. Onlar orta əsrlərdə eyni vaxtda stomatoloq və cərrah kimi də fəaliyyət göstərirdilər: diş çıxardır, yaraları təmizləyir, sümükləri yerinə salır və hətta aşağı və yuxarı ətrafları amputasiya edirdilər.

Səbirsiz adam bərbər ola bilməz.Bərbərlik incə sənətdir. Həvəs olmayanda heç bir peşəyə yiyələnmək mümkün deyil. İndi inkişaf, tərəqqi dövrüdür. Bu mənada bərbərlər də öz işində yenilikləri tətbiq etməyə çalışır..