• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 673
— 22.02.2020 14:03

Tovuzda məktəbli dərs vaxtı sinif yoldaşı tərəfindən bıçaqlanıb

KepezTV Player

Hadisə rayonun Dönük Qırıqlı kəndində qeydə alınıb. Xəsarət alan 10-cu sinif şagirdi 17 yaşlı Rəvan Qarayev əvvəlcə Tovuz, daha sonra Qazax rayonunda fəaliyyət göstərən tibb müəssisəsinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra Gəncədəki özəl xəstəxanalardan birinə göndərilib. Rəvan Qarayev dərhal əməliyyat edilib. Vəziyyətinin ağır olduğu bildirilir. Bıçaqlanan şəxsin valideynlərinin sözlərinə görə, zərərçəkəni məktəb yoldaşı dərs vaxtı bıçaqlayıb. Tovuz rayon Polis şöbəsində faktı təsdiqləyiblər. Şöbədən verilən məlumata görə, Qarayevi həmkəndlisi olan yeniyetmə bıçaqlayıb. Artıq onun kimliyi də məlumdur. Faktla bağlı rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Rüfət Bayramov zərərçəkənin babası: Uşaq dərsdə olub. İkinci saatda uşağı aldadıb aparıb. Kəndin klubu var aparıb orada bıçaqlayıb.

Aynur Bayramova zərərçəkənin anası: Mən sağ-salamat uşağımı dərsə yola salmışam. Gəldilər mənə dedilər lər ki Rəvanı bıçaqlayıblar. Qanın içərisində götürdülər apardılar.

Almaz Mehtiyeva Dönük Qırıqlı kənd tam orta məktəbinin direktoru: Onlar bizim məktəbin şagirdləridir. Birinci 10-cu biri isə 11-ci sinifdə oxuyur. Hər iki şagir dhəmin günü məktəbə gəlməyib. Məktəbdən kənarda hadisə törədiblər.